Mançininin yubiley qələbəsi

İtaliya millisinin baş məşqçisi Roberto Mançini tarixi qələbə qazanıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu ölkənin milli komandası yoxlama oyununda Albaniyanı 3:1 hesabı ilə məğlub edib. Bununla da, 57 yaşlı baş məşqçi 35-ci qələbəsini qazanıb. Mançini hazırda bu göstəriciyə görə İtaliya milli komandasının tarixində üçüncü pillədə yer alır.

Siyahıya Vittorio Pozzo başçılıq edir (65). İkinci yerdə Enzo Bearzot (51) qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button