Mançini: “Heç kim mənimlə əlaqə saxlamayıb”
Hazırda işsiz olan italiyalı mütəxəssis Roberto Mançini gələcəyi ilə bağlı sualı cavablandırıb. O, oktyabrda Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi postundan ayrılıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, 60 yaşlı çalışdırıcının dediyinə görə, “Milan” və ya “Roma”ya təyinatla bağlı şayiələrin reallıqla heç bir əlaqəsi yoxdur:
“Heç kim mənimlə əlaqə saxlamayıb. Ancaq tezliklə bir şey baş verəcək. Bu, yalnız zaman məsələsidir”.
Mançini 2018-2023-cü illərdə İtaliya millisinə rəhbərlik edib. O, 2021-ci ildə İtaliya yığmasını Avropa çempionatında qələbəyə daşıyıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin