Mançini: “Eyni vəziyyət İtaliyada olsaydı, adamı öldürərdilər”

İtaliya millisinin baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Liverpul”un “Barselona”, “Tottenhem”in “Ayaks” məğlubiyyəti haqqında açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis, “Liverpul”un və “Tottenhem”in baş məşqçiləri haqqında danışıb:

“İtaliyada hər şey şişirdilir. Maurisio Poçettino 5 ildir ki, “Tottenhem”də işləyir və çox yaxşı bir komandaya sahibdir, amma hələ heç bir şey qazanmayıb. Eyni vəziyyət İtaliyada olsaydı, adamı öldürərdilər.

Yurgen Kloppu da bunun üçün nümunə göstərə bilərik. “Liverpul”da hələ heç bir şey qazanmayıb. Eyni zamanda, möhtəşəm bir mövsüm keçirməsinə baxmayaraq, yenə də titulsuz qalmaq riski ilə qarşı-qarşıyadır”.

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarında “Liverpul” səfərdə “Barselona”ya 0:3, “Tottenhem” isə öz meydanında “Ayaks”a 0:1 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button