Mançini peşman olub
İtaliya millisinin keçmiş baş məşqçisi Roberto Mançini, yığma komandadan ayrılmasının bir səhv olduğunu etiraf edib.
Komanda.az “IlGiornale”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis dünya çempionu olmaq istəyindən də danışıb:
“Milli komandadan ayrılmaq səhv idi. Bir daha bunu etməzdim və hər şeyi fərqli şəkildə edərdim.
Ərəb pulları? Onlar öz seçimlərini etdilər. Mənim hələ tamamlamağım gərəkən işlərim var. Dünya çempionatını qazanmaq arzusu ilə yaşayıram”.
Roberto Mançini 2018-2023-cü illərdə İtaliya millisinin baş məşqçisi olub, daha sonra isə Səudiyyə Ərəbistanı yığmasının “sükanı arxasına” keçib. Onun ərəblərlə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
Mançininin rəhbərliyi altında İtaliya milli komandası 2020-ci il Avropa çempionatının qalibi olub.
Bizi Facebook-da izləyin