Mançini “Milan”ın “sükanı arxasına” keçə bilər

İtaliyalı çalışdırıcı Roberto Mançininin “Milan” klubuna baş məşqçi təyin olunma ehtimalı var.

Komanda.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb. Klub rəhbərliyi cari mövsümdə komandanın çıxışından narazıdır və portuqaliyalı məşqçi Paulo Fonsekanı istefaya göndərməyi planlaşdırır.

Mançinidən əlavə, baş məşqçi postu üçün Mauritsio Sarri və Massimiliano Alleqri də namizəd olaraq nəzərdən keçirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button