“Federasiya prezidentinin bütün məşqçilər korpusunu dəyişdiyi harada görülüb?” – Mançini
Roberto Mançini İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina haqda danışıb.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, İtaliya yığmasındakı işindən – baş məşqçi postundan ayrılmadan öncə Qravina ilə danışmağa cəhd göstərsə də, alınmayıb.
Eyni zamanda, Mançini yaxın dostunun ölümündən sonra millidəki işinə daha yaxşı davam etmək üçün federasiya rəsmisindən zaman tələb edib.
İtaliyalı mütəxəssis məsələ ilə bağlı belə deyib:
“Federasiya prezidentinin bütün məşqçilər korpusunu dəyişdiyi harada görülüb? Ona izah etməyə çalışdım ki, belə etmək olmaz. Bu, düzgün deyil. Məşqçilər heyətini genişləndirə bilərdi, amma o, bunu etmədi”.
Öncədən Mançininin Qravina ilə fikir ayrılığı yaşadığı üçün işini tərk etdiyi bildirilirdi.
İtaliya milli komandasının yeni baş məşqçisinin adı qarşıdakı günlərdə açıqlanacaq. Hazırda bu posta ən real namizəd “Napoli”nin sabiq baş məşqçisi Luçano Spalettidir.
Bizi Facebook-da izləyin