“Bəzi problemlərimiz var” – Mançini
İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasının Niderlandla üçüncü yer uğrunda keçiriləcək qarşılaşmasından öncə fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ən çox sevdikləri taktiki sxemi açıqlayıb:
“Millətlər Liqasının qrup mərhələsində heyətimizdə gənc futbolçular oynayırdı. Onların çoxunu tanımırsız. İndi isə onların bir qismi aşağı yaş qruplarında çıxış edir. Bəzi problemlərimiz var.
Ən çox sevdiyimiz taktiki sxem 4-3-3-dür. Yarımfinalda İspaniya ilə ilk hissədə yaxşı oynasaq da, fasilədən sonra fiziki cəhətdən məğlub olduq. Futbolçularım bütün oyun sxemlərinə öyrəşiblər, amma 4-3-3 sxemini daha üstün tutacağıq. Güclü komandaya qarşı beynəlxalq səviyyəli oyuna çıxacağıq. Yaxşı oynamalı və qalib gəlməliyik”.
Millətlər Liqasının bürünc medalı uğrunda keçiriləcək İtaliya – Niderland oyunu bu gün, saat 17:00-da başlayacaq.
Bizi Facebook-da izləyin