MY bütün diqqətini 2 hücumçuya yönəldib

“Mançester Yunayted” hücum xəttini gücləndirmək üçün fikrini Uolli Uotkins (“Aston Villa”) və Benjamin Şeşko (“Leyptsiq”) üzərində cəmləyib.

Komanda.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

İngiltərə klubu daha əvvəl hədəf aldığı Huqo Ekitikenin “Liverpul”a, Viktor Qyokereşin isə “Arsenal”a keçməsindən sonra bazarda mövcud olan ən uyğun seçim kimi Uotkins və Şeşkoya diqqət yetirir.

Ancaq “qırmızı şeytanlar”ın rəhbərliyi transferlərin mümkün maliyyətindən narahatdır. “Aston Villa”nın və “Leyptsiq”in tələb etdiyi məbləğlər hazırda klub üçün həddindən artıq yüksək hesab olunur. Buna baxmayaraq, onlar artıq hər iki futbolçunun nümayəndələri ilə ilkin əlaqə qurublar və maliyyə tələblərini öyrəniblər.

Şeşko ilə eyni zamanda “Nyukasl” da maraqlanır. Buna baxmayaraq, “Mançester Yunayted” əmindir ki, sloveniyalı hücumçu seçimini onların xeyrinə edəcək. Hətta “Nyukasl” gələn mövsüm UEFA Çempionlar Liqasında iştirak etsə belə.

“Aston Villa” isə Uotkinsi buraxmaq fikrində deyil. Amma mançesterlilər düşünür ki, təxminən 45 milyon funt sterlinq dəyərində cazibədar bir təklif Birmingem klubunun fikrini dəyişə bilər. Uotkins 29 yaşındadır və İngiltərə millisinin üzvüdür.

Mançester təmsilçisi transferlər üçün maliyyəni Alexandro Qarnaço, Antoni, Ceydon Sanço və Malasiya kimi futbolçuların satışından əldə etməyi planlaşdırır. Həmçinin, danimarkalı hücumçu Rasmus Hoylundun da gələcəyi sual altındadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button