“Mançester Yunayted”in hədəfindədir – “Milan”ın futbolçusu
“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim klubun gələn il sol cinah müdafiəçisi ilə müqavilə imzalamasını istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas seçimi “Bayern”dən Alfonso Deyvisdir. Lakin kanadalı futbolçu ilə müqavilə imzalamaq çətin olacaq. MY vəziyyəti nəzərə alaraq, başqa variantları araşdırır.
“Milan”ın futbolçusu Teo Hernandes də “Mançester Yunayted”in “radar”ındadır. 27 yaşlı fransalı müdafiəçinin klubu ilə hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna kimidir. “Transfermarkt” portalı futbolçunu 60 milyon avro dəyərində qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin