Mançesterdə ev axtarırlar – Braziliyalı hücumçu üçün

“Ayaks”ın hücumçusu Antoni “Mançester Yunayted”ə keçməyə hazırlaşır.

Komanda.az “De Telegraaf”-a istinadən xəbər verir ki, 22 yaşlı braziliyalı yaxın iki gündə “qırmızı şeytanlar”la razılığa gəlmək istəyi ilə bağlı Amsterdam klubunun rəhbərliyinə müraciət edib.

Hücumçu sövdələşmənin həm özünə, həm də “Ayaks”a maddi baxımdan sərfəli olacağına əmindir. Eyni zamanda, bildirilir ki, Antoninin nümayəndələri bir neçə gündür ki, onun üçün Mançesterdə ev axtarırlar.

Daha əvvəl “Mançester Yunayted”in Antoni üçün 94 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.

Braziliyalı hücumçu bu mövsüm Amsterdam komandasının heyətində bütün turnirlərdə oynadığı üç oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button