Mata Türkiyə klubuna keçə bilər – MY ilə müqaviləni yeniləməsə

“Mançester Yunayted”lə müqaviləsinin müddəti iyunun sonunda bitəcək Xuan Mata klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə İtaliyanın “Roma” və Türkiyənin “Qalatasaray” klubu maraqlanır. Bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.

Mata “Mançester Yunayted”lə müqaviləsini yeniləməsə, gələcək sərfəli təklifləri dəyərləndirəcək.

İspan futbolçu son mövsümdə “qırmızı şeytanlar”la 18 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button