“Mançester Yunayted”lini qovdu, tarixə düşdü
İngilis referi Mayk Din Premyer Liqanın 33-cü turunda keçirilən “Vulverhempton” – “Mançester Yunayted” görüşünü idarə edib.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, sözügedən qarşılaşmada “qırmızı şeytanlar”ın futbolçusu Eşli Yanqa qırmızı vərəqə göstərən Din, Premyer Liqanın tarixinə düşüb.
50 yaşlı referi hakimlik karyerasında 100-cü qırmızı vərəqəsini göstərib. O, bununla da, Premyer Liqa tarixində ən çox qırmızı vərəqə verən referi olub.
“Mançester Yunayted”in 10 nəfərlə bitirdiyi matçda, “Vulverhempton” 2:1 hesabıyla qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin