“Bəlkə də, “Mançester Yunayted”lə oyunları bir az daha çox gözləyirəm”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində, oktyabrın 19-da “Mançester Yunayted”lə keçirəcəkləri oyunun əhəmiyyətindən danışıb.

Komanda.azz xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı Premyer Liqadakı hər oyunu səbirsizliklə gözlədiyini deyib:

“Premyer Liqadakı hər oyunu səbirsizliklə gözləyirəm, amma bəlkə də, “Mançester Yunayted”lə oyunları bir az daha çox gözləyirəm. Bilirəm ki, bu qarşılaşma xüsusi oyunlardandır.

Biz anlayırıq ki, bu, bəlkə də, dünya üzrə ən çox izlənilən oyunlardan biridir, ona görə də onun bir hissəsi olmaq çox gözəldir. Maksimumumuzu göstərməliyik.

“Mançester Yunayted” mövsümə turnir cədvəlində göstərildiyindən daha yaxşı başlayıb. Buna görə də, maraqlı oyun olacaq”.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button