“Mançester Yunayted”lə “Çelsi”dən çətin qələbə

İngiltərə Premyer Liqasında 34-cü turdan təxirə salınmış oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Çelsi” səfərdə “Brayton”la dueldən qalib ayrılıb. “Mançester Yunayted” də “Nyukasl”ı məğlub edib.

Hazırda “Mançester Siti” 88 xalla vahid liderdir. 86 xalı olan “Arsenal” 2-ci, 79 xala malik “Liverpul” 3-cü pillədə qərarlaşıb. “Çelsi”nin 60, “Mançester Yunayted”in 57 xalı var.

İngiltərə Premyer Liqası
34-cü turun oyunları

14 may

Tottenhem – Mançester Siti 0:2
Qollar
: Haland, 51; 90+1.

15 may

Brayton – Çelsi 1:2
Qollar
: Uelbek, 90+8 – Palmer, 34. Nkunku, 64.

Mançester Yunayted – Nyukasl 3:2
Qollar
: Maynu, 31. Diallo, 57 – Qordon, 49.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button