Poqbanın qayıdacağı vaxt bilindi
“Mançester Yunayted”in zədəli futbolçusu Pol Poqbanın durumuna aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə mətbuatına açıqlamasında bildirib. Norveçli mütəxəssis, Poqbanın dekabra qədər yaşıl meydanlardan uzaq qalacağını deyib.
Poqba “Mançester Yunayted”in avqustun 31-də, Premyer Liqanın 4-cü turu çərçivəsində “Sauthempton”la qarşılaşdığı oyunda (1:1) zədələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin