“Mançester Yunayted”də Fil sevinci
“Mançester Yunayted”in zədəli futbolçusu Fil Cons artıq sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib. O, 29 yaşlı müdafiəçinin artıq tam sağaldığını bildirib.
Cons 2020-ci ilin yanvarından zədəli idi. O, ötən il İngiltərə Liqa kubokunun “Tranmer Rovers”lə matçında (6:0) zədələnmiş və əməliyyat edilmişdi. Futbolçu o vaxtdan yaşıl meydanlardan uzaq qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin