Yeni transferdən nümunəvi addım – 1 milyon xərclədi

“Mançester Yunayted”in yeni transferi Odion İqalo uşaq evi tikdirib.

Komanda.az xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu “The Sun” nəşrinə danışan zaman deyib. O, Nigeriyada uşaq evinin tikintisi üçün 1 milyon funt-sterlinq xərclədiyini bildirib.

Karyerası ərzində “Qranada”, “Udineze”, “Uotford” kimi klubların formasını geyinən İqalo, “Mançester Yunayted”ə icarə əsasında Çin “Şanxay Şenxua”sından keçib. Onun “qırmızı şeytanlar”la müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button