Yeni transfer İspaniyaya aparılmadı – koronavirusa görə
“Mançester Yunayted”in yeni transferi Odion İqalo “qırmızı şeytanlar”ın İspaniyadakı toplanışına aparılmayıb.
Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer klubun rəsmi saytına açıqlamasında deyib. İqalo koronavirus səbəbindən İspaniyaya aparılmayıb.
Sulşer, son olaraq Çində “Şanxay Şenxua” klubunda forma geyinən İqalonun koronavirus səbəbiylə İngiltərədən çıxacağı halda, təkrar geri qayıdacağı zaman problem yarana biləcəyini deyib.
“Mançester Yunayted” İqalonu mövsümün sonuna qədər icarəyə götürüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin