Ronaldo nömrə seçimini etdi

“Mançester Yunayted”in yeni transferi Kriştiano Ronaldonun forma nömrəsi məlum olub.

Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu 7 nömrəli formanı geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ronaldo daha əvvəl “Mançester Yunayted”də çıxış edərkən bu nömrədə oynayırdı.

Portuqaliyalı futbolçudan əvvəl “7” nömrə Edinson Kavani idi. Uruqvaylı hücumçu bundan sonra 21 nömrəli formada çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button