
“Mançester Yunayted”in 100 min nəfərlik stadion planı
“Mançester Yunayted” yaxın vaxtlarda “Old Trafford”un yerinə yeni stadionun tikintisinə başlamağı planlaşdırır.
İngiltərə klubunun rəhbərliyi yaxın vaxtlarda müvafiq açıqlama verəcək. Yeni arena 100 min tamaşaçı tutumuna malik olmalıdır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın sahibi Cim Ratkliff üç-beş ildən sonra “Mançester Yunayted”in dünyanın ən gəlirli klubu olacağını bildirib:
“Dünyanın ən tanınmış memarı olan Norman Foster həqiqətən də “Mançester Yunayted”in gələcəyi üçün ən möhtəşəm stadion dizaynını yaradıb. Üç-beş ildən sonra “Mançester Yunayted” dünyanın ən gəlirli klubu olacaq. Planımızı həyata keçirə bilsək və kuboklar qazanmağa başlasaq, azarkeşlərimiz dünyanın ən simvolik stadionuna sahib olacaqlar”.
Hazırda “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin



