
“Mançester Yunayted”in yayda heyətinə qatmaq istədiyi futbolçular
“Mançester Yunayted” rəhbərliyi yay transfer pəncərəsində komandanın heyətini gücləndirməyi planlaşdırır.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
İngiltərə klubunun maraq dairəsində bir neçə potensial yeni oyunçu var. “Qırmızı şeytanlar”ın sıralarına bu futbolçular qoşula bilər: Viktor Osimhen, Xavi Simons, Ebereçi Eze, Benyamin Şeşko və Antuan Semenyo.
“Mançester Yunayted” cari mövsümdə Premyer Liqada uğursuz çıxış edir. Komanda 33 turdan sonra 38 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Buna baxmayaraq, onların Avropa Liqasının hazırkı mövsümündə çempion olmaq şansı var. Komanda turnirin yarımfinalında “Atletik”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



