“Mançester Yunayted”dən ayrılmaq üçün menecerini dəyişdi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Bek agentini dəyişib.

Komanda.az xəbər verir ki, niderlandlı futbolçu “qırmızı şeytanlar”dan ayrılmaq istədiyi üçün bu addımı atıb. Bu barədə “Voetbal İnternational” nəşri məlumat yayıb.

Donni agenti Quido Alberslə əməkdaşlığı dayandırıb və onun yeni təmsilçisi Ali Dursun olub.

Donni 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Yarımmüdafiəçi bu mövsüm “Mançester Yunayted”lə cəmi 3 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button