“Mançester Yunayted” “Qalatasaray”ın təklifini rədd edib
“Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Beek karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “Qalatasaray” 26 yaşlı niderlandlı futbolçunu icarəyə götürmək istəyir. “Qırmızı şeytanlar” ilk 1,17 milyon avroluq təklifi rədd edib.
Van de Beek 2020-ci ildə “Mançester Yunayted”ə keçib. O, komandanın heyətində 2022/23 mövsümündə 10 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin