Runi haqda film

“Mançester Yunayted”in və İngiltərə yığmasının sabiq futbolçusu Ueyn Runi haqda sənədli film çəkilir.

Komanda.az xəbər verir ki, bu barədə Runi “Guardian” nəşrinə açıqlamasında deyib:

“İnsanların məni insan kimi başa düşmələrini çox istəyirəm. Həyatımda çətin anlar çox olub”.

Runi haqda sənədli film 2022-ci ilin əvvəlində nümayiş olunacaq.

Runi hazırda İngiltərənin “Derbi Kaunti” klubunda baş məşqçilik edir. O, futbolçu karyerası ərzində 2004-2017-ci illərdə “Mançester Yunayted”də çıxış edib. Sabiq hücumçu İngiltərə yığmasında 120 oyunda 53 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button