Teves ABŞ klubuna keçə bilər
“Mançester Yunayted”in və Argentina milli komandasının sabiq hücumçusu Karlos Teves karyerasını ABŞ-da davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 2021-ci ilin yayından klubsuz olan 38 yaşlı futbolçu ilə “Di Si Yunayted” yaxından maraqlanır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Teves MLS təmsilçisi ilə danışıqlar aparır.
Son klubu “Boka Xuniors” olan Teves, daha əvvəl İngiltərədə “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti”, İtaliyada “Yuventus” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin