“Bu klubları idarə edən insanlar axmaq deyil” – Runi
“Mançester Yunayted”in və İngiltərə yığmasının sabiq futbolçusu Ueyn Runi yeni yaradılan Avropa Super Liqası haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, BBC-yə danışan keçmiş hücumçu, yeni turnirdə iştirak edəcək klubların rəhbərlərinin axmaq olmadıqlarını deyib:
“Bu klubları idarə edən insanlar axmaq deyil. Gözləmək və düşündüklərini görmək məcburiyyətindəyik. Kubok yarışlarından imtina etməyin düzgün fikir olduğunu düşünmürəm. Gəlin, təkliflərinin nə olduğunu görək”.
Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan edib. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.
Bizi Facebook-da izləyin