“Mançester Yunayted”in 3 əsas transfer hədəfi

“Mançester Yunayted” klubları ilə müqavilələri başa çatmaq üzrə olan futbolçuları heyətinə qatmağı düşünür.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, İngiltərə klubunun Van de Beek, Ceydon Sanço və bir sıra gənc futbolçuları komandadan göndərməsinə baxmayaraq, maliyyə vəziyyəti hələ də gərgin olaraq qalır. İndi klub müqavilələri 2025-ci ildə başa çatacaq üç futbolçunu: Coşua Kimmix (Bayern), Conatan David (Lill) və Kefren Türamı (Nitsa) nəzərdən keçirir.

Erik ten Haqın komandası 23 oyundan sonra Premyer Liqada 6-cı yerdədir. Premyer Liqanın lideri 51 xalı olan “Liverpul”dur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button