MY onun üçün 90 milyon avrodan çox təklif edə bilməyəcək

“Mançester Yunayted” Lissabon “Sportinq”inin hücumçusu Viktor Gyokereşi almaqda çətinlik çəkəcək.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” hələ də bu yay isveçli futbolçunun transferinə ümid edir, ancaq maliyyə çətinlikləri səbəbindən onun üçün 75 milyon funt sterlinqdən (90 milyon avro) çox təklif edə bilməyəcək.

“Mançester Yunayted” Gyokereşə iddialılar arasında ilk sıradadır ki, bu da təəccüblü deyil. 26 yaşlı oyunçu Mançesterə köçməzdən əvvəl “Sportinq”də çalışmış Ruben Amorimə yaxşı tanışdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button