
Kazemiro ilə bağlı qərar verilib
“Mançester Yunayted” gələn yay əsas diqqətini yeni yarımmüdafiəçi transferinə yönəldəcək.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” böyük ehtimalla, braziliyalı futbolçu Kazemiro ilə müqavilənin müddətini uzatmayacaq. Bu qərar klubun maaş büdcəsini azaltmaq məqsədilə verilib.
Klubun transfer siyahısında iki əsas namizəd var: “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson və “Brayton”un oyunçusu Karlos Baleba.
33 yaşlı Kazemiro “Mançester Yunayted”ə 2022-ci ildə keçib. Onun klubla hazırkı müqaviləsinin müddəti gələn yay başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



