“Mançester Yunayted”in təklifinə “yox” deyib, 80 milyon istədilər

Portuqaliyanın “Sportinq” klubu “Mançester Yunayted”in təklifindən imtina edib.

Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”, “Sportinq”in yarımmüdafiəçisi Bruno Fernandesi heyətinə qatmaq üçün hərəkətə keçib. Mançester təmsilçisi portuqaliyalı futbolçu üçün “Sportinq”ə 55 milyon avroluq təklif göndərsə də, bu təklif rədd olunub. Portuqaliya klubunun Fernandes üçün 80 milyon avro tələb etdiyi bildirilir.

2017-ci ildə “Sampdoriya”dan transfer olunan futbolçunun “Sportinq”lə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, son mövsümdə iştirak etdiyi 53 oyunda 32 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button