“Mançester Yunayted”in təklifi rədd edildi: Ya “Real”, ya da…
“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın agenti Mino Rayola, “qırmızı şeytanlar”ın rəhbərliyiylə görüşdən imtina edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Rayolanın Poqbanı “Real”a, ya da “Yuventus”a satmaq istəməsidir. Rayola, “Mançester Yunayted”in yeni müqavilə təklifi haqda danışıqlar aparmaqdan imtina edib.
İngiltərə mətbuatı Poqbanın baş məşqçi Ole-Qunnar Sulşerlə mübahisə etdiyini iddia edir. Fransız yarımmüdafiəçinin yayda “Real”a keçəcəyi gözlənilir.
Poqbanın “Mançester Yunayted”lə 2021-ci ilə qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin