“Mançester Yunayted”in satışı ləngiyir – Səbəbi…
“Mançester Yunayted”in satılması prosesi mövsümün sonuna qədər ləngiyə bilər.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın sahibi olan Qleyzer ailəsi komandanı güzəştli qiymətə satmağa razı ola bilər, lakin ümumilikdə hazırda klubun sahibləri arasında tərəddüd var. Altı ailə üzvünün hər birinin müqavilə üçün öz planları var.
Bu baxımdan “Mançester Yunayted”in bir ay ərzində satılma ehtimalı xeyli azalıb.
Daha əvvəl bildirilmişdi ki, Qleyzerlər təxminən 6 milyard funt-sterlinqə alıcı axtarır. “Mançester Yunayted”in alınması üçün 4,5 milyard avro təklif edən Qətər Şeyxi Həməd bin Casim bin Cabir Əl Tani və britaniyalı milyarder Cim Ratkliff əsas namizədlərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin