“Mançester Yunayted”in sahibi vaxt istədi
“Mançester Yunayted”in sahibi Cim Ratkliff hazırkı heyətin heç də mükəmməl olmadığını açıqlayıb.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, klub rəhbəri ilk transfer pəncərəsində bütün problemlərini həll edə biləcəklərinə əmin olmadığını bildirib:
“Nəticələrimizi yaxşılaşdırmaq üçün bizə iki və ya üç transfer pəncərəsi lazımdır. Hazırda “Mançester Yunayted”də qiyməti 100 milyon avro və daha çox olan oyunçu yoxdur. İlk transfer pəncərəsində bütün problemləri həll edə biləcəyimizə əmin deyiləm”.
“Mançester Yunayted” İngiltərə çempionatının son mövsümündə turnir cədvəlini 8-ci pillədə başa vurub.
Erik ten Haqın yetirmələri İngiltərə kubokunu qazana bilib ki, nəticədə, komanda gələn mövsüm Avropa Liqasında çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin