“Mançester Yunayted”in sahibi son bir ildə 8,6 milyard dollar itirib!

“Mançester Yunayted” və “Nitsa” klublarının sahibi kimi tanınan britaniyalı iş adamı Cim Ratkliff son bir ildə sərvətinin təxminən 8,6 milyard dollarını itirib.

Komanda.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

Ratkliffin sözlərinə görə, yaranmış itkilər onun sahibi olduğu kimya sənayesi nəhəngi INEOS-un üzləşdiyi iqtisadi təzyiqlərlə əlaqədardır və bu durumun futbol layihələrinə aidiyyatı yoxdur.

Cim Ratkliff 2024-cü ildə “Mançester Yunayted”in səhmlərinin bir hissəsini alaraq, klubun idarəçiliyində söz sahibi olub. O, bu müddət ərzində maliyyə qənaətinə yönəlik bir sıra mübahisəli qərarlarla yadda qalıb. Bu qərarlara klub əməkdaşlarının ixtisarı da daxildir.

“Qırmızı şeytanlar” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Komanda mayın 21-də Avropa Liqasının finalında “Tottenhem”ə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button