![](https://komanda.az/wp-content/uploads/2024/02/harri-keyn-780x470.jpg)
“Mançester Yunayted”in sahibi şəxsən özü onun transferi üçün çalışır
“Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn İngiltərəyə qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” ingiltərəli futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.
“Qırmızı şeytanlar”ın sahibi Cim Ratkliff özü şəxsən 31 yaşlı hücumçunun transferi üçün çalışır.
Keyn İngiltərədə “Tottenhem”dəki çıxışı ilə tanınır. O, 2023-cü ilin avqustundan “Bayern”də çıxış edir. Onun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin