“Mançester Yunayted”in sahibi Klopp haqda: “Belə sual vermək olmaz”

“Mançester Yunayted”in həmsahibi Cim Ratkliff “Liverpul”un çalışdırıcısı Yurgen Kloppun komandanın baş məşqçisi postuna mümkün dəvəti ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın sahibi Kloppun “Liverpul”dan gedişinin komanda üçün böyük dəyişiklik olacağını bildirib:

– Yurgen Klopp “Liverpul”u tərk edir, elə deyilmi?

– Bəli, bu, “Liverpul” üçün böyük dəyişiklik olacaq.

– Ona zəng edəcəksiz?

– Belə sual vermək olmaz (gülür).

56 yaşlı Klopp yanvar ayında mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlamışdı. Almaniyalı mütəxəssis Premyer Liqanın digər komandalarında çalışmayacağına söz verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button