Runinin oğlu “Mançester Yunayted”də – rəsmi
“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runinin oğlu Kaya Runi “qırmızı şeytanlar”a keçib.
Komanda.az xəbər verir ki, bu barədə Runi “instagram” hesabında paylaşım edib. O, 11 yaşlı Kayanın “Mançester Yunayted”lə rəsmi müqavilə imzaladığını bildirib.
Ueyn Runi 2004-2017-ci illər aralığında “Mançester Yunayted”də forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin