Roy Kin “Tottenhem”ə ilişdi: “…güclü olduqlarını düşünmürəm”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Tottenhem” klubunun Premyer Liqada çempionluq mübarizəsi aparması haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi, “Tottenhem”in çempion olmaq üçün yaxşı heyətinin olmadığını deyib:

“Joze Mourinyo Premyer Liqada daha əvvəl çempionluq yaşayıb və inanılmaz bir təcrübəyə sahibdir. Ancaq “Tottenhem”in futbolçularının Premyer Liqanı qazanacaq qədər güclü olduqlarını düşünmürəm. Düzdür, komandada Mourinyo və Harri Keyn faktoru da var, lakin bu, titul qazanmaq üçün kifayət etməyə bilər. Məncə, hazırda “Mançester Siti” digər klublardan daha güclüdür”.

“Tottenhem” Premyer Liqada 21 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button