
“Mançester Yunayted”in bu qədər zəif olması çox qorxuncdur”
“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “qırmızı şeytanlar”ın Premyer Liqanın 6-cı turunda “Vest Hem”ə məğlub olduğu oyundan (0:2) sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş kapitan, komandanın hazırkı durumunu belə şərh edib:
“Mançester Yunayted”in belə zəif oyunundan təəccübləndim. Passivdirlər və istəkli olmadan nələrisə dəyişmək istəyirlər. “Mançester Yunayted”in bu qədər zəif olması çox qorxuncdur”.
“Mançester Yunayted” 6 turdan sonra 8 xalla 8-ci sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin