“Mançester Yunayted” çox zəifdir, buna inana bilmirəm”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “qırmızı şeytanlar”ın Premyer Liqada “Mançester Siti”yə uduzması (0:2) haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kin, “Mançester Yunayted”in çox zəif olduğunu söyləyib:

“Bu məğlubiyyət “Liverpul”la matçdakından daha pis oldu. Çox pis. Hər şey yox dərəcəsindədir. Qərar verən yox, səviyyəsini göstərən yox. Keçmişdə belə bir ifadə var idi: “kişilər adamlara qarşı”. “Mançester Yunayted” çox zəifdir, buna inana bilmirəm.

Baş məşqçi Ole-Qunnar Sulşer məsuliyyəti özünə götürməlidir. Son iki ildir onu müdafiə edirəm. Bir çıxış yolu tapmalıdır. Komanda çox zəifdir. Sulşer yol tapacaq? Yaxşı sualdır. Ümid edirəm ki, daha inamlı olacaqlar”.

“Mançester Yunayted” Premyer Liqada 6-cı sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button