“Liverpul”un futbolçuları iki ildir onlar haqda deyilən yalanlara inanıblar”
“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Premyer Liqanın 23-cü turunda “Mançester Siti”yə uduzan “Liverpul”la bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan keçmiş yarımmüdafiəçi, “Liverpul”un zəif çempion olduğunu deyib:
“Liverpul” zəif çempiondur. Deyə bilərik ki, ötən mövsüm qəribə idi, koronavirus var idi. Lakin buna diqqət etmək lazım deyil, sən “Liverpul”san. Belə oynamağa davam etsən, daha 30 il çempionluq gözləyəcəksən.
“Liverpul”un futbolçuları iki ildir onlar haqda deyilən yalanlara inanıblar. Premyer Liqanı qazanmaq onları cənnətə apardı. Daha sonra görmədim ki, hansısa “Liverpul”lu futbolçu desin ki, yenidən çempion olmaq istəyirik. Bütün məsələ budur. İndi “Liverpul”un düşündüyü ilk dördlükdə yer almaqdır”.
“Liverpul” “Mançester Siti”yə doğma meydanda 1:4 hesabıyla uduzub. Premyer Liqada ötən mövsüm çempionluq yaşayan “Liverpul” hazırda 40 xalla 4-cü sıradadır. Mersisayd təmsilçisi lider “Mançester Siti”dən 10 xal geri qalır.
Bizi Facebook-da izləyin