Ferdinandın butsunu oğurlayıb – “Mançester Yunayted”in sabiq futbolçusu
“Mançester Yunayted”in sabiq futbolçusu Ravel Morrison maraqlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda azad agent olan yarımmüdafiəçi, “qırmızı şeytanlar”da olarkən komanda yoldaşı Rio Ferdinandın butslarını oğurladığını etiraf edib:
“Ferdinandın butsunu oğurladığım üçün məni paltardəyişmə otağından qovmuşdular. O vaxt təqaüdlə yaşayırdım. Bir cüt butsun qiyməti 290 min avro idi. İkisini götürüb satsaydım, 600 min avroya yaxın pul edirdi. Həmin vaxt Ferdinandla Ueyn Runiyə 20-30 cüt buts gəlirdi. Ağlıma gəlməzdi ki, nəsə problem olsun. Ancaq indi hər şeyi dərk edirəm”.
Morrison 2010-2012-ci illər aralığında “Mançester Yunayted”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin