“Mançester Yunayted”in sabiq futbolçusu Qurban Qurbanovu təriflədi
“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”u ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, macarların baş məşqçisi Stanislav Çerçesov olduğundan, Rusiya mətbuatı da bu oyuna böyük diqqət ayırır. Jurnalistlər ayrı-ayrı mütəxəssislərin fikirlərini öyrənirlər.
Rusiya yığmasının və “Mançester Yunayted”in sabiq futbolçusu Andrey Kançelskis də “Qarabağ” – “Ferentsvaroş” cütü haqda danışıb:
“Təbriklər Çerçesov! “Slovan”a qarşı yekun hesab hər şeyi deyir. Bundan sonra “Qarabağ”la maraqlı oyun olacaq. Orada uzun müddətdir yaxşı məşqçi (Qurban Qurbanov) işləyir. Hətta bir-iki dəfə onunla söhbət də etmişəm.
“Qarabağ” “Sürix”ə qalib gəldi. İsveçrə klubunu keçmək olduqca əhəmiyyətli və dəyərlidir. Hər halda, Çerçesova uğurlar arzulayıram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin