“Arsenal” və “Tottenhem”ə baxmaqdansa, San Marino çempionatını izləmək istəyərəm”
“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill “Arsenal” və “Tottenhem” klublarının Avropa Super Liqasına daxil olması haqda fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş müdafiəçi bunları deyib:
“Arsenal” və “Tottenhem”ə baxmaqdansa, San Marino çempionatını izləmək istəyərəm. Onlar bu turnirə necə daxil olub, bilmirəm. Bu da zarafatın bir növüdür”.
Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan edib. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin