“Ronaldinyonun forma nömrəsi də hazır idi” – Skoulz
“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz, Ronaldinyo haqda maraqlı etiraf edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi, “qırmızı şeytanlar”ın 2003-cü ildə Ronaldinyonu transfer etməyə yaxın olduğunu deyib:
“Mançester Yunayted” 2003-cü ildə Ronaldinyonu transfer etməyə yaxınlaşmışdı. Baş məşqçimiz Aleks Ferqyuson da onunla razılaşmışdı. Ronaldinyonun forma nömrəsi də hazır idi. Ancaq braziliyalı futbolçu son anda fikrini dəyişdirdi və “Barselona” ya transfer olundu”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin