“Mançester Yunayted”in sabiq futbolçusu “Bernli”yə keçir

“Mançester Yunayted”in sabiq futbolçusu Aksel Tuanzebe karyerasını “Bernli”də davam etdirəcək.

Komanda.az “Burnley Express”-ə istinadən xəbər verir ki, tərəflər bir illik müqavilə imzalanması barədə razılığa gəliblər.

27 yaşlı müdafiəçi hazırda “İpsviç”in şərəfini qoruyur. Ancaq onun klubla müqaviləsinin müddəti bu ayın 30-da başa çatacaq və tərəflər əməkdaşlığı davam etdirməmək qərarı veriblər.

Konqolu futbolçu 2024/25 mövsümündə “İpsviç”in heyətində 23 oyunda meydana çıxaraq, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button