“Hara getsəm, “Mançester Yunayted”dəki xatirələrimi özümlə aparıram”

“Mançester Yunayted”in sabiq futbolçusu Federiko Makeda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Yunanıstanın “Panatinaikos” klubunda forma geyinən 28 yaşlı hücumçu, “qırmızı şeytanlar”dakı günlərindən danışıb:

“Heç nəyə görə təəssüflənmirəm. “Mançester Yunayted” mənim üçün gözəl təcrübə oldu. Ora ilə bağlı fantastik xatirələrim var. Hara getsəm, “Mançester Yunayted”dəki xatirələrimi özümlə aparıram. İngiltərədə təkcə futbolçu kimi deyil, həm də bir insan kimi böyüdüm. Xatirələrimizi hər zaman əziz tutacam.

“Mançester Yunayted”dən “Sampdoriya”ya keçidim səhv idi, bunu demişdim. Ancaq səhvlər futbolçunun karyerasının ayrılmaz hissəsidir. Bəzən düz qərar verirsən, bəzən də səhv. Bu dərslər mənə çox şey öyrətdi”.

Makeda 2007-ci ildən “Mançester Yunayted”in akademiyasında idi. O, 2014-cü ildə “qırmızı şeytanlar”la yollarını ayıraraq, “Kardiff Siti”yə keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button