“Mançester Yunayted”in sabiq futbolçusu Meksika klubunda

“Mançester Yunayted”in sabiq futbolçusu Antonio Valensiyanın yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 35 yaşlı müdafiəçi “Keretaro” klubu ilə müqavilə imzalayıb. Bu barədə Meksika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Valensiya ilə imzalanan sözləşmənin detalları açıqlanmayıb.

2009-2019-cu illərdə “Mançester Yunayted”də çıxış edən Valensiya, son olaraq “LDU Qvito” klubunda forma geyinirdi. Ekvadorlu futbolçu bu ilin iyulundan azad agent idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button