“Mançester Yunayted”in sabiq futbolçusu MLS-də
“Mançester Yunayted”in sabiq futbolçusu Aleksander Büttner karyerasını ABŞ-da davam etdirəcək.
Komanda.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Nyu İnqlend Revolyuşn” klubuna keçib. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Büttnerlə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Vitess”, “Mançester Yunayted”, “Dinamo” (Moskva), “Anderlext” kimi klubların şərəfini qoruyan hollandiyalı müdafiəçi, 2019-cu ilin yayından azad agent idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin