MY “Bayern”in müdafiəçisini izləyir

“Mançester Yunayted” komandanı gücləndirmək üçün çalışır.

Komanda.az “German Sky”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Bayern”in niderlandlı müdafiəçisi Matteys de Liqti diqqətlə izləyir.

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq bu futbolçunu çox bəyənir. O, De Liqti “Ayaks”dan, birgə çalışdıqları dövrdən yaxşı tanıyır.

“Bayern” yaxşı təklif alsa, 24 yaşlı futbolçunu satmağa hazır olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button